"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

18:34 15-10-2018 | icon 464 | Siyasət
"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

"Bu gün xüsusi siyasi əhəmiyyəti olan bir gündür. Çünki düz 15 il bundan öncə, məhz bu gün - oktyabrın 15-də Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyərək, bütün azərbaycanlılara səsləndi və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçildi".

 

Versus.Az-ın məlumatına görə, bunu ölkə başçısı İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:

 

"Biz ötən 15 il ərzində dövlət və cəmiyyət olaraq olduqca böyük inkişaf yolu keçib gəlmişik. 15 il ümumdünya tarixi kontekstində çox kiçik bir zaman kəsiyidir, lakin gənc müstəqil Azərbaycan dövləti üçün çox uzun və fövqəladə əhəmiyyətli bir dövrdür, epoxadır. Biz bu 15 ili əsrə bərabər tarix kimi də dəyərləndirə bilərik. Əslində, 2003-cü ildən bəri yaşadığımız reallıqlar və dövlət başçısının rəhbərliyi ilə dəyişən, yeniləşən Azərbaycanın hər bir nailiyyəti “niyə məhz İlham Əliyev?” sualına ən dolğun cavabdır. İlham Əliyev 15 illik prezidentlik fəaliyyəti ilə 21-ci əsrin çağdaş siyasi liderinin mükəmməl obrazını yaratmağı bacardı. Dövlət idarəetmə təcrübəsinin məktəbini yarada bildi".

 

Partiya sədri vurğulayıb ki, dünya düzəninin pozulduğu, beynəlxalq münasibətlərdə siyasi əxlaqsızlığın və prinsipsizliyin baş alıb getdiyi, super güclərin öz geopolitik maraqları uğrunda xüsusi amansızlıqla didişdiyi hazırki mürəkkəb şəraitdə Azərbaycan kimi önəmli ölkənin sükanı arxasında inamla dayanmaq, ölkənin maraq və mənafelərini qətiyyətlə müdafiə etmək, qorumaq heç də hər siyasi liderin işi deyil:

 

"Bu gün Azərbaycanın mövcud siyasi liderləri arasında İlham Əliyevdən başqa heç kim bu çətin və məsuliyyətli missiyanın öhdəsindən gəlməyə hazır deyil. Bunu nəinki İlham Əliyevin öz komandasından olan şəxslər, hətta müxalifət strateqləri də etiraf etməli olurlar. REAL Partiyasının Məclis üzvünün bu günlərdə siyasi mühitdə şok effekti yaradan "Mən özümüzü hələ hazırlıqlı saymıram. Ona görə də deyirəm ki, tələsən yerimiz yoxdur. Çünki hakimiyyət bu gün çöksə, heç kəs hakimiyyətə gəlməyə hazır deyil. Heç kəs də hakimiyyəti saxlamağa hazır deyil. Ona görə də bu hakimiyyət bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplasın" açıqlaması heç də təsadüfi verilməyib. Bu açıqlama əslində bütün müxalifətin çarəsiz etirafıdır. Başqa sözlə desək, bu gün müxalifət lideri də İlham Əliyevin alternativsizliyini etiraf edir.

Mən iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının sədri kimi cənab Prezidenti 15 illik uğurlu fəaliyyəti münasibətilə ürəkdən təbrik edir və ona Azərbaycanımızın daha böyük uğurlara imza atması yolunda başarılar diləyirəm".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür