Şəhid ailələri və qazilərin incidilməsində MƏMUR İZİ

16:53 27-01-2021 | icon 929 | Siyasət
Şəhid ailələri və qazilərin incidilməsində MƏMUR İZİ

Könül İsmayılova: “Dünənə kimi “şəhid ailəsi, qazilər baş tacımızdır” deyənlər hardadır?”

 

“Sosial şəbəkələrdə şəhidlərin onlara laiq olmayan ərazilərdə dəfn edilməsinə etiraz edən ailələrin ürəkağrıdan fəryadlarının görüntüləri yayılır. Dünənə kimi “Şəhid ailəsi, qazilər baş tacımızdır” deyənlər hardadır? Niyə oğul itkisinə səbr göstərib “Vətən sağ olsun” deyənləri öz dövlətinə qarşı asi edirsiniz? Prezidentin diqqətdə saxlanmasının önəmindən bəhs etdiyi bu həssas insanlarımızı niyə incidirsiniz?”

 

Bunu Versus.Az-a şəhid məzarlığı üçün düzgün ərazi seçməyən səlahiyyətlilərin özbaşınalığı ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildiirb.

 

MMP sədr müavini bildirib ki, bəzi deputatları çıxmaq şərtilə əksər mandat sahibləri seçicilərinin, əsasən də şəhid ailələri və qazilərinin qayğısına qalmaq bir tərəfə, heç dərdini bölüşməsi üçün qapısını da açmırlar:

 

“Elə rayon icra strukturları da deputatına baxıb hərəkət edir də. Görür ki, deputatı laqeyddir, o da laqeydlik göstərir, şikayətlərə baxmır, problemi olanı qəbul edib dinləmir. Bütün bunla da xalqın həssas təbəqəsini prezidentdən narazı salır. Bizim partiyamızın sədri Hafiz Hacıyev həmişə açıqlamalarında bu cür halların yaranmasında “5-ci kolon”un rolu olduğunu deyir. Həqiqətən də belədir. Baxsınlar sosial şəbəkələrə, bu aralar daha çox incidilən, mənəvi təhqirə məruz qalanlar şəhid ailələridir. Prezident göstəriş verir ki, bu insanların bütün problemləri aradan götürülməlidir. Onların banklara kreditləri də silinir, mənzillə təminatları da həll edilir. Ölkə başçısının gördüyü işləri kölgə altına salmaq təbii ki, ancaq “5-ci kolon”a lazımdır”.

 

Könül İsmayılova eyni zamanda şəhid ailələrinin vəziyyətindən istifadə edib “like” yığıb pul qazanmaq istəyən “youtube” kanallarını da qınadı. Bildirdi ki, belə onlayn tv-lərin çoxu həmin “5-ci kolon”a işləyən insanlardır:

 

“Normalda problem qaldırılmalı, aidiyyatı icra strukturlarına məsələylə bağlı məlumat verib həllinə çalışmaq lazımdır. Bunlar isə videonu sırf öz kanallarına baxış sayını artırmaq məqsədini güdürlər. Axı sən həqiqətən də şəhid ailəsinin incidilməsindən narahatsansa niyə fəaliyyətini onun probleminin həlli istiqamətində qurmursan?! Harınlamış məmurları anladıq, adından bəlli, harınlayıblar, bəs sənin öz vicdanın, insanlığın harda qaldı?”

 

Könül xanım bildirdi ki, hökumətin şəhid ailələri və qazilərlə bağlı görülməsi nəzərdə tutulan işlər hələ tamalanmayıb. Yarımçıqlıqlar çoxdur:

 

“Məsələn, bir çox qazilərə hələ də pensiya verilmir. Deyirlər ki, müalicədən sonra əlillik qrupu müəyyənləşəcək, qrupa uyğun da təqaüd veriləcək. Yaxşı, bəs bu insan o vaxtadək nə yeyəcək, nə geyinəcək, qayğılarını necə önləyəcək, bunu düşünən varmı? İşğaldan azad edilən torpaqlarımızda sürətlə quruculuq işləri getdiyi bir vaxtda qazilərin pensiyaları ilə bağlı ləngimələr çox bəsit görünür. Mən əminəm ki, cənab Prezident çox yaxın zamanda bu vəzifəsini layiqincə yerinə yetirməyib, xalqı dövlətdən narazı salan məmurların barəsində ölçü götürəcək. MMP sədri başda olmaqla, biz həmişəki kimi onun atacağı hər bir addıma dəstək olacağıq”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin