Uşaqlar üçün böyük bir təhlükəyə çevrilib

19:00 16-10-2018 | icon 411 | Gündəm
Uşaqlar üçün böyük bir təhlükəyə çevrilib

Muasir dövrdə zərərli informasiyaya rast gəlmək çox asan məsələdir. Əgər yaxın keşmişdə biz ayrıca məişət zorakılığı, fiziki cəzalar, cinsi zorakılıq, uşaq psixikasına mənfi təsir göstərən səbəbləri, intiharların səbələrini araşdırıb onlarla mübarizə aparırdıqsa, bu gün kiber mühit, internet bütün bu amilləri birləşdirib və böyük bir təhlükəyə çevrilib.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva parlamentin iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

S.Fətəliyeva internetə daha çox diqqət yetirməyinin səbəbini bildirib:

 

“Çünki, bu gün internet həm TV, həm radionu tam əvəz etməktədir. Hər bir insanın, uşağın həyatın ayrılmaz hissəsinə çevirilib. Hətta həyat tərzimizi dəyişir, xüsusilə uşaqların. Onların ünsiyyət forması dəyişir, məlumatların əldə olunması və ötürməsi dəyişilir. Nəzərə alsaq ki, Azərbaycanda internet istifadəcilərinin sayı getdikcə artır, düşünürəm ki, təqdim olunan qanun lahiyəsində uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı”.

 

Deputat qeyd edib ki, internet böyük imkanlar verir, amma təqdim olunan məlumatların böyük hissəsi etibarlı və faydalı sayıla bilməz:

 

“Materialların dəqiqliyini qiymətləndirmək üçün, şəbəkə istifadəçiləri tənqidi düşünməlidir. Çünkü əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu xususilə uşaqlara aiddir, çünki uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, demək doğrudur. Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub-olmamasını yoxlamır. Bu şəraitdə belə bir qanun lahiyəsinin qəbul olunmasına böyük zərurət var”.

 

S.Fətəliyevanın fikrincə, ümumiyətlə uşaqların informasiya təhlükəsizliyi qanunvericilik bazasının yaradılması həm uşaqların, həm də valideynlərin rəqamsal bilik və bacarıqlarının formalaşması kimi bir neçə amildən ibarətdir:

 

“1-ci amilə biz artıq nail olmuşuq: müzakirə olunan qanun layihəsi uşaq hüquqlarını müdafiə edən, onların təhlükəsizliyini təmin edən bir platformadır. Növbəti mərhələ isə ondan ibarət olmalıdır ki, qəbul etdiyimiz qanunun müddəaları əhaliyə geniş çatdırılsın, uşaqlar informasiya əldə olunmasında öz hüquqlarını bilsin.

2-ci amilə nail olmaq üçün həm uşaqları, həm də valideynləri digər istiqamətdə maarifləndirmək lazımdır:

internetdən, sosial şəbəkələrdən istifadə olunması, onlayn oyunların oynama qaydaları və bir sıra digər fəaliyyət qaydaları haqqında bilmək, onlara riayət etməkdir. Düşünürəm ki, bunun üçün həm parlament, həm müvafiq qurumlar, həm də QHT-lərin birgə fəaliyyət göstərmələri çox faydalı olardı”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı