İqtisadi subyektlərin rəhbərlərinə XƏBƏRDARLIQ

12:02 28-01-2021 | icon 396 | İqtisadiyyat
İqtisadi subyektlərin rəhbərlərinə XƏBƏRDARLIQ

Azərbaycanda iqtisadi subyektlər 2020-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil auditor cəlb etməlidirlər.

 

Bununla bağlı Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən aşağıda qeyd edilən iqtisadi subyektlərin sahiblərinə çağırış edilib.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi audit subyektləri, ictimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, fondlar, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları, publik hüquqi şəxslər, siyasi partiyalar və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar auditor cəlb etməlidirlər.

 

Əlavə edilib ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF