Naqif Həmzəyevdən Gəncə Hava Limanı ilə bağlı TƏKLİF

14:39 28-01-2021 | icon 353 | Siyasət
Naqif Həmzəyevdən Gəncə Hava Limanı ilə bağlı TƏKLİF

"Biletlerin üzərində və uçuş tablolarında isə KVD yox, GNJ qeyd edilsə yaxşı olar"

 

"Gəncə Beynəlxalq Hava Limanına dünya bədii mədəniyyət tarixinin möcüzələrindən olan Nizami Gəncəvinin adı verilsin".

 

Versus.Az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Naqif Həmzəyev irəli sürüb.

 

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu da dahi Azərbaycan şairi Nizaminin dünyaya daha geniş təbliğ edilməsinə növbəti töhfədir:

 

"Gəncə Beynəlxalq Hava Limanının adının Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətin adına uyğun kodlaşdırılması “Nizami Gəncəvi ili”nə daha bir ərməğan olardı. Eyni zamanda şəhərə gələn və gedən qonaqların, turistlərin aldıqları biletlerin üzərində və uçuş tablolarında Gəncə Beynəlxalq Hava Limanını KVD (Kirovabad) olaraq deyil, Gəncənin və Nizami Gəncəvinin adına uyğun GNJ qeyd edilərdi.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanının kodu şəhərin adına uyğun olaraq İST, Moskvadakı Domodedovo aeroportunun kodu Domodedavo sözünə uyğun olaraq DME, Bakıdakı Heydər Əliyev adına hava limanının kodu Heydər Əliyev sözünün ingilis dili variantına uyğun olaraq GYD-dir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin