Futbolçu karantini pozduğu üçün cərimələndi

00:53 29-01-2021 | icon 412 | İdman
Futbolçu karantini pozduğu üçün cərimələndi

Türkiyə milli komandasının keçmiş futbolçusu Tanju Çolak karantin qaydalarını pozub.

 

Versus.Az xəbər verir ki, veteran hücumçu dostları ilə birgə restoranda nahar edərək, sosial şəbəkədə paylaşıb.

 

O, həmin videoda yeməyi belə tərifləyib:

"İki dünya savaşı, dörd dünya çempionatının finalını gördüm, amma belə bir qaz görmədim".

 

Faktla əlaqədar araşdırmala başlanılıb. Məlum olub ki, görüntülər yanvarın 27-də İstanbuldakı restoranların birindəndir. Nəticədə obyekt sahibi və nahar edənlər ümumilikdə 13 876 türk lirəsi (3 219 manat) cərimələniblər.

 

Qeyd edək ki, Tanju Çolak futbolçu karyerası ərzində "Samsunspor", "Qalatasaray", "Fənərbağça" və "İstanbulspor" klublarının formasını geyinib. O, 1984 - 1991-ci illərdə Türkiyə millisində oynayıb. Çolak Türkiyə çempionluğu və kubokundan əlavə, bir sıra fərdi nailiyyətlərə imza atıb. Onun ən böyük uğuru isə 1987/1988 mövsümündə 39 qolla Avropanın ən yaxşı bombardiri sayılmasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”