Türkiyə, Rusiya və İran RAZILAŞDI

01:37 29-01-2021 | icon 384 | Dünya
Türkiyə, Rusiya və İran RAZILAŞDI

Türkiyə, İran və Rusiya arasında Suriyadakı böhranın həllinə dair 5 maddəlik Bəyannamə qəbul edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

 

Cenevrədə üç ölkə rəsmilərinin və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Pedersenin iştirakı ilə "Astana formatı" çərçivəsində keçirilən görüşdə qəbul edilən Bəyannamədə bunlar nəzərdə tutulub:

 

1. Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilir və bu prinsiplərə bütün tərəflər bağlıdır.

2. Tərəflər Suriya Konstitusiya Komitəsinin beşinci tur toplantısının 25-29 yanvarda Cenevrədə keçirilməsindən məmnundurlar. Q.Pedersen komitənin işinə dəstək verməyə hazırdır.

3. Suriya rəhbərliyinin iştirakı çərçivəsində BMT TŞ-nin 2254 qərarı ilə yürüdülən siyasi prosesin inkişaf etdirilməsində qarant ölkələrin və Soçidəki Suriya Milli Dialoq Konqresinin qərarlarının önəmli rolu qeyd edilir.

4. Konstitusiya Komitəsinin işinin xarici müdaxilə olmadan və xalqın geniş dəstəyini almaq üçün konstruktiv şəkildə aparılması vacibdir.

5. Sözügedən məsələlərə dair işlər 16-17 fevralda Soçidə "Astana formatı" çərçivəsində davam etdiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı