Bakıda ucuz evlər satılır

09:58 29-01-2021 | icon 905 | İqtisadiyyat
Bakıda ucuz evlər satılır

İbrahim Əhmədov: "Bir müddətdir ki, artıq bu istiqamətdə müzakirələr aparılır”

 

Bəzi hallarda dəllallar bələdiyyələrdən və ya digər orqanlardan müəmmalı şəkildə əldə edilmiş sənədlərə əsasən neft kəmərləri yaxınlığındakı torpaqlara mülkiyyət hüququ iddia edirlər. Sonra məhkəmə prosesində bu sənədlərin saxta və qanunsuz olması müəyyən edilir və SOCAR-ın xeyrinə qərar verilir, ancaq məhkəmə prosesi müddətində onlar qanunsuz tikintini tamamlayıb satırlar. Bilirlər ki, tikilmiş ev artıq sökülməyəcək, çünki bu qanunsuzluq kütləvi hal alıb.

 

Versus.Az xəbər verir ki, bu sözləri Xətai rayonunun UPD və NZS qəsəbəsində neft, qaz, benzin və dizel kəmərlərinin yanında tikilən evlərlə bağlı açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

 

O bildirib ki, həmin kəmərlərin bir çoxu SOCAR-a məxsusdur və çox geniş ərazidə yerləşir:

 

“Torpaqları zəbt etmək cəhdləri onillər boyu davam edir və SOCAR-ın Təhlükəsizlik İdarəsi bunun qarşısını almağa çalışır. Yeni cəhdlərlə bağlı hüquq-mühafizə orqanlarına dərhal müraciət olunur. Əlbəttə, qanunsuz tikintinin qarşısını almağa cəhd göstərəndə insanların narazılığı ilə üzləşirlər, hərçənd mühafizəçilər ilk növbədə insanları onlara ziyan verəcək ərazilərdə məskunlaşmaqdan çəkindirirlər. Bu cür zəbt olunmuş ərazilərdə minlərlə, hətta onminlərlə insan məskunlaşıb.

Bəziləri şəhərin ətrafında 10-15 evi bu cür tikib, satıblar. Bəzi dəllallar cəmiyyətdə ehtiram sahibi olan şəxsləri tikinti yerinə gətirib, onlardan qalxan kimi istifadə edir, mühafizəçiləri dayandırıb qanunsuz tikintini davam etdirməyə çalışırlar. Gətirdikləri şəxslərin bir çoxu həqiqətdə iddia etdikləri statusa da malik deyillər. Məsələn, Rusiyada yaşamış və hansısa silahlı qarşıdurmada əlil olmuş şəxs gəlib Azərbaycanda müəmmalı yolla saxta Qarabağ qazisi vəsiqəsini alır, digər birisi özünü saxta yollarla milli qəhrəmanlara aid etməyə çalışır, başqa birisi özünü psixi cəhətdən qeyri-adekvat şəxs kimi təqdim edərək, intihar etməklə hədələyir. Dəllallar bu cür adamlara müəyyən qədər pul verib, qanunsuz tikinti işlərində onlardan istifadə edirlər. Bu haqda mətbuatda da bir çox araşdırmalar, yazılar, reportajlar olub.

Bu cür məhkəmə proseslərində SOCAR-ın xeyrinə verilmiş minlərlə qərar var. Ancaq orada artıq insanlar yaşayır. Bu insanların çətin vəziyyəti nəzərə alınaraq, məhkəmə qərarları müvəqqəti olaraq icra olunmur. SOCAR-ın Təhlükəsizlik İdarəsi də məhkəmə qərarlarını icra edə bilməz - bunu yalnız məhkəmə icraçıları edə bilər. Buna görə indiyə qədər tikilmiş evlər sökülmür. SOCAR-ın Təhlükəsizlik İdarəsi isə yalnız yeni başlayan tikinti prosesinə müdaxilə edə bilir”.

 

Qurum rəsmisi onu da bildirib ki, SOCAR bu cür qanunsuz tikililərin qarşısını almaq üçün nəzarəti daha da gücləndirib:

 

“Nəzərə alın ki, kəmərlər və neft mədəni əraziləri çox geniş sahədə yerləşdiyi üçün hər an nəzarəti təmin etmək mümkün olmayıb. Bu cür evlər də əsasən gecə vaxtı, gizlində tələm-tələsik tikildiyinə görə cəmiyyətdə bunlara çox vaxt “gecəqondu” deyilir. Bu qanunsuz evlərin nisbətən ucuz olduğuna görə bir çox insan buna maraq göstərir, ancaq sonradan peşman olur.

Burada ən böyük zərərçəkən, mən deyərdim, bəlkə SOCAR-dan əvvəl bu insanlardır ki, məlumatsız davranışları ilə dəllallar tərəfindən qurulmuş tələyə düşürlər. Axı heç kim istəməz ki, övladı oynayanda neft quyusuna düşüb dünyasını dəyişsin. Bu mücərrəd misal deyil, real olmuş hadisədir.

Bildiyim qədər, bu problemin köklü şəkildə həll edilməsi planlaşdırılır və bir müddətdir ki, artıq bu istiqamətdə müzakirələr aparılır”. /Axar.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı