Əmək kitabçaları tarixə qovuşur
2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq.
Versus.Az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
M.Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:
“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çəkməyi nəzərdə tuturuq”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"