“Erməni rəsmilərinin Qarabağa getməsinin hesabı soruşulmalıdır”

13:37 30-01-2021 | icon 811 | Geopolitika
“Erməni rəsmilərinin Qarabağa getməsinin hesabı soruşulmalıdır”

Ramiyə Məmmədova: “Rus sülhməramlıları öz missiyasına cavab vermir”

 

“10 noyabrda imzalanmış üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlılarının  Qarabağda yerləşməsi gözlənildiyi kimi effekt vermir. Çünki sülhməramlılar öz missiyalarına uyğun hərəkət etmir”.

 

Bunu Versus.az-a politoloq Ramiyə Məmmədova ermənilərin Qarabağda Rusiya sülhməramlılarının iştirakı ilə özbaşına davranışlarını şərh edərkən bildirib.

 

“Dəfələrlə şahidi olduq ki, rus sülhməramlıları ermənilərə dəstək verməyə çalışdılar. Sülhməramlıların rəhbərinin elə ilk vaxtlardan separatçıların rəhbəri ilə görüşməsi, onların bayrağı altında şəkillər çəkdirməsi, Xankəndidən başqa Qarabağın digər ərazilərinə 45 mindən çox ermənini gətirməsi və sair bu kimi hallar sülhməramlıların öz çərçivəsindən çıxdığını göstərdi”.

 

Politoloq hesab edir ki, Azərbaycan tərəfi bu yararsız missiyaya qarşı öz etirazını bildirməlidir. Onlar ya öz işini düzgün icra etməlidir, ya da bölgədən çıxarılmalıdır:

 

“Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra o ərazidən öz şəxsi mülkü kimi istifadə etməyə başlayıb. Öz mövqeyini möhkəmlətmək üçün hələ də hərbçiləri əraziyə daşımaqda davam edir. Təbii ki, rəsmi şəkildə buna cavab verilməlidir. Laçın dəhlizi bağlanmalıdır. Erməni rəsmilərinin Qarabağa keçməsi qınanmalı və bunun hesabı soruşulmalıdır. Etiraz notası təkcə Ermənistana deyil, Rusiyanın Xarici Nşlər nazirliyinə də verilməlidir. Qarabağ Azərbaycan torpağıdır və icazə olmadan hər hansı xarici ölkə nümayəndələrinin əraziyə daxil olması dövlət sərhəddinin qanunsuz pozulması kimi qiymətləndirilib, müvafiq cəzalar tətbiq edilməlidir. Bu, həm də ərazi bütövlüyümüzə sui-qəsddir. O yerlərdə yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmağı öyrənməlidirlər”.

 

R.Məmmədova bu gün Türkiyə hərbçilərinin monitorinq mərkəzində regionda fəaliyyətə başlamasını təhlükəsizlik baxımından vacib şərtlərdən hesab edib. Eyni zamanda bildirib ki, sahədə əsas mövqeni Rusiya sülhməramlıları tutur. Politoloq sülhməramlıların özbaşına hərəkətlərini faşist Njdeyə Xocavənddə heykəl qoyulması faktı ilə də əlaqələndirib:

 

“Uzun illərdir Ermənistan faşist Njdeni özünün qəhrəmanı kimi təbliğ edib. Onun heykəllərini Ermənistanda, Rusiyada indi də Qarabağda qoyublar. İndi də iddia edirlər ki, guya heykəl müharibədən əvvəl qoyulub. Bir daha onlara anlatmaq lazımdır ki, Xocavənd Azərbaycan ərazisidir və sülhməramlılarının iştirakı ilə tək Azərbaycanın deyil, bütün sovet respublikalarının düşməni olan Njdenin heykəlinin açılışına sülhməramlıların verdiyi dəstək qəbul olunmazdır və Rusiyanın özünə təhqirdir”.

 

Politoloq hesab edir ki, Xocavənddə nasistin heykəlinin açılmasında iştirak edən sühməramlılar öz vəzifələrini bacarmadıqlarını bir daha biruzə verir:

 

“Əgər sülhməramlılar tarixdən xəbərsiz olduqlarını deyirlərsə, bu da onların məsuliyyətini azaltmır. Sülhməramlı qüvvələr o regionu hərtərəfli öyrənib gəlməli idi. Əks halda Qafqazda belə bilgisizlərin davranışı regionada vəziyyəti pisləşdirə bilər. bütün hallarda Rusiya sülhməramlılarını Azərbaycanda neytral olmaması birmənalı qarşılana bilməz.  Bu məsələ nəzarətdə saxlanmalıdır. Bu diplomatik skandaldır. Njdenin heykəli təcili surətdə Xocəvənddən çıxarılmalıdır. O heykəli elə sülhməramlılarln özünzə sökdürmək lazımdır”.

 

Politoloq bu günə qədər erməni silahlılarının Qarabağdan çıxarılmamasını rus sülhməramlılarının növbəti zəifliyi kimi qeyd edib. Onun fikrincə, əslində ruslar silahlı erməni qüvvələrini tərksilah etmək istəmirlər:

 

“Ermənilər bizim ərazilərdə yaşamaq istəyirlərsə, bir qədər ağıllı olmalıdırlar. Çünki bu gün onlara Aərbaycndan başqa heç kim dəstək olmayacaq. Mundar millətin bəxti onda gətirib ki, Azərbaycan xalqı kimi humanist millətlə qonşudurlar. Azərbaycan xalqı ermənilər kimi düşmənçilik aparmır. Dövlətimiz ermənilərə münbit imtiryazlardan istifadə etməyə imkan yaradır. Ermənilər də bilməlidirlər ki, Azərbaycan regonun ən inkişaf etmiş dövlətdir və düşmənçilikdən əl çəkməkələ yaxşı yaşayış əldə edə bilərlər. Rusiya da bundan sonra Ermənistana kömək edə bilməyəcək. Artıq Putin son çıxışında dedi”.

 

Regionada proselərin hələ uzun müddət gərgin qalacağını deyən R.Məmmədova  bütün hallarda Azərbaycanın öz ərazilərini düşməndən, separatçı və terrordan təmizləmək hüququnu özündə saxladığını deyib.

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı