76 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq

12:35 17-10-2018 | icon 419 | Sosial
76 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq

Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Versus.Az-a açıqlamasında bildirib ki, bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya xətləri yuyulur və bərpa olunur, köhnə yağış barmaqlıqları yenisi ilə əvəzlənir.

 

Onun sözlərinə görə, bununla bağlı artıq Heydər Əliyev prospektində 60 metr, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində isə 325 metr əlavə yağış-kanalizasiya xətti çəkilib və yağış barmaqlıqları quraşdırılıb. Paytaxtın bir neçə istiqamətində 40-a yaxın nöqtədə kiçikhəcmli yağış barmaqlıqları yeni və böyük barmaqlıqlarla əvəz edilib, kanalizasiya quyuları təmizlənib:

 

"Bundan başqa, paytaxtın Yasamal, Nərimanov, Nizami, Binəqədi və Qaradağ rayonları ərazisindəki küçə və prospektlərdə 76 nöqtədə yeni yağış və kanalizasiya xətləri çəkilərək yağış barmaqlıqları quraşdırılacaq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin