“İslahatlarımın başında qocalar evi dediyimiz xəyanətkar qrupu istefaya göndərmək durur”

16:23 07-02-2018 | icon 502 | Siyasət
“İslahatlarımın başında qocalar evi dediyimiz xəyanətkar qrupu istefaya göndərmək durur”

Bu il Azərbaycanda prezident seçkiləri 11 apreldə keçiləcək. Bununla bağlı ötən prezident seçkilərində namizədliyini irəli sürmüş Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb onun bu seçkilərdə namizəd olacağı ilə bağlı dəqiqləşdirmə apardıq.

Partiya sədri Xeberle.com-a açıqlamasında bildirib ki, prezidentliyə namizədliyini irəli sürmək fikrindədir. Və 9 fevralda partiyanın siyasi şurasının iclası keçiləcək ki, bununla da namizədliyi rəsmiləşəcək.

H.Hacıyev prezident seçilərsə, görəcəkləri işlərdən də danışıb:
“Əgər mən prezident seçilsəm bir ay içərisində Dağlıq Qarabağı işğaldan azad edəcəm və paytaxtı Xankəndinə köçürəcəm. Orda çadırda, palatkada qalacam ancaq komanda üzvlərimin hamısı məcbur olacaq ki, mənimlə birgə orada otursun. Mənim ilk planım bu olacaq. Öz ordumuzu biraz da gücləndirdikdən sonra Xankəndini 10-15 gün ərzində işğaldan azad edəcəm”.

Hafiz Hacıyev prezident seçiləcəyi təqdirdə aparacağı digər islahatları da vurğulayıb:
“Digər islahatlarımın başında, qocalar evi dediyimiz xəyanətkar qrupu istefaya göndərmək durur. Hansı ki, onlar indi prezidentə xəyanət edirlər. İndiki prezident imam kimi, demokratik bir adamdır. Daha sonra fond yaradacağıq ki, bu gün hakimiyyət daxilində olan qocalar evindəki nazirlərin bütün milyardlarını xalqımıza qaytarılacaq. Sonra bu pullarla azyaşlılara, aztəminantlı ailələrə, qocalara, şəhidlərə, qazi ailələrinə yardım ediləcək”.
Partiya sədri eyni zamanda qeyd edib ki, İlham Əliyevlə, özünün seçilməsinin heç bir fərqi yoxdur:

“Biz prezidentlə iki qardaşıq. Ya qardaşım, ya mən heç bir fərqi yoxdur. Düzdür, o məndən daha güclüdür, ancaq bu, xalqın demokratik seçimidir. Qardaşıma görə bu günə qədər canımdan keçmişəm, yenə də keçməyə hazıram. Bu, siyasi yarışdır. Ya qardaşım mənə güzəştə gedəcək, getməsə belə, onun seçilməyini dəstəkləyəcəm və etimad göstərəcəm.”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol