"Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır"

19:13 17-10-2018 | icon 416 | Siyasət
"Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır"

Duma üzvünün işğal olunmuş ərazilərə qanunsuz səfərdə iştirakı müqabilində

 

 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın RF Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi var və bunlar Ermənistan və Azərbaycandır:

 

"ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hazırda da Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı