Komitə sədri şəhid Nəcəf Şikarovun ailəsi ilə görüşüb

16:34 02-02-2021 | icon 464 | Cəmiyyət
Komitə sədri şəhid Nəcəf Şikarovun ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, "Qarabağ" ordenli kapitan Nəcəf Şikar oğlu Şikarovun ailə üzvləri Xurşud Himalay qızı Şikarova və Mətin Şikarovla görüşüb.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
 
 
"Qəhrəman şəhidimiz Nəcəf Şikarovun və onun silahdaşlarının, fədakar əsgər və zabitlərimizin vətəncanlılığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Nəcəf Şikarov canını canından əziz tutduğu vətənimiz uğrunda fəda edib.
 
Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə yüksək “Qarabağ” ordeni, eləcə də, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
“Qarabağ” Ordeni şəhid zabitimizə respublikamızın ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə verilib.
 
İndi Nəcəf Şikarovla yalnız Şikarovlar, digər doğmalar deyil, bütünlükdə qədirbilən xalqımız fəxr edir.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
 
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz.
 
Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!
 
 
Şəhidin həyat yoldaşı Xurşud xanım Şikarovaya Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...