Məşhur reper qətl ittihamı ilə həbs olundu

09:16 03-02-2021 | icon 434 | Şou-biznes
Məşhur reper qətl ittihamı ilə həbs olundu

Amerikalı rep ifaçısı Silento (əsl adı Riki El Houk) Corciya ştatında saxlanılıb. O, yaxın qohumu Frederik Ruksun qətlində şübhəli bilinir.

 

“HaberGlobal”ın məlumatına görə, bu barədə Corciyanın Dekalb rayon Polis mərkəzindən bildirilib.

 

Məlumata görə, 34 yaşlı Ruks yanvarın 21-də Corciyanın Pantersvil şəhərində qan içində tapılıb. O, üzünə və ayağına açılan atəş nəticəsində yerindəcə ölüb.

 

Hadisə şahidləri polis çağırıblar, müşahidə kameraları bir neçə maşının cinayət yerindən uzaqlaşmasını qeydə alıb.

Polisin 23 yaşlı reperin izinə necə düşdüyü barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Silento, 2014-cü ildə “Watch Me (Whip / Nae Nae)” adlı ilk sinqlının çıxmasından sonra məşhurlaşmışdı. Mahnının videosu “YouTube”da 1,7 milyarddan çox baxış toplayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR