Cənubi Kipr “qızıl pasport”dan tam imtina etdi
Cənubi Kipr hökuməti investisiya qarşılığında vətəndaşlıq verilməsi proqramına qayıtmayacaq.
Versus.Az xəbər verir ki, bunu Kipr Prezidenti Nikos Anastasiadis deyib.
Onun sözlərinə görə, bunun qarşılığında investisiya üçün başqa stimullar təklif ediləcək.
Qeyd edək ki, 2013-2019-cu illər ərzində Kipr xarici investorlara “qızıl pasport” qarşılığında 9 milyard avro qazanıb. “Əlcəzirə” televiziyasının apardığı araşdırmadan sonra “qızıl pasport” paylanması dayandırılıb. Televiziyanın araşdırmasında Kiprin bu pasportları hətta məhkum olunmuş şəxslərə də satdığı ortaya çıxıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"