Komitə sədri Yusif Günaydınla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA Əlyazmalar İnstitutunun Aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent, tanınmış televiziya xadimi Yusif Günaydınla (Yusif Cavad oğlu Bağırlı) ilə Mədəniyyət Komitəsində görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili Y.Günaydını 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Yusif müəllim, Sizi, tanınmış aydınımızı, sevilən televiziya xadimini 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram! Siz əsasən Yusif Günaydın imzası ilə çıxış etmiş, bu imza ilə məşhurlaşmısız. Hüseyn Cavidin "Şeyx Sənan" mənzum dramı barədə, romantik poeziya, romantik qəhrəmanlar barədə, eləcə də “Üzeyir Hacıbəylinin qəzetçilik fəaliyyətinə başladığı dövrdə Bakıda ictimai-siyasi durum”, “Üzeyir Hacıbəylinin tərcüməçilik fəaliyyətindən bir nümunə” və başqa əsərləriniz elmi ictimaiyyətin təqdirini qazanıb. Elmi yaradıcılığınızla yanaşı bədi-publisistik yaradıcılığınız, özəlliklə televiziya fəaliyyətiniz sizə şöhrət qazandırıb. AzTV-də, itV-də aparıcısı olduğunuz verilişləri, "Qərib axşamları" yaxşı xatırlayırıq. Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm! Yubileyiniz mübarək"!
Komitə sədri yubilyara Komitə adından Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
Y.Günaydın səmimi görüş və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"