"Bu elə bir bayramdır ki, heç nə ilə müqayisə edilə bilməz"

16:45 18-10-2018 | icon 470 | Gündəm
"Bu elə bir bayramdır ki, heç nə ilə müqayisə edilə bilməz"

18 oktyabr (1991-ci il) Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi gündür. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

“Müstəqillik böyük nemətdir, ülvi duyğudur və millətin baş tacıdır. Bütün xalqımızı Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə təbrik edirəm. Bu elə bir bayramdır ki, heç nə ilə müqayisə edilə bilməz”.

 

AXCP sədri deyib ki, nə bu günkü ağır sosial durum, nə çətin iqtisadi vəziyyət, nə də siyasi didişmələr bu bayramı, bu günü unutdura bilməz:

 

«Bu xalqın bayramıdır, çünki müstəqillik üçün neçə övladlarımız canlarını qurban vermiş və qanlarını axıtmışlar. Ağır sosial vəziyyətin fonunda müstəqillik bəlkə də bəziləri üçün  o qədər də cəlbedici deyil. Müstəqilliyimizi xalqın rifah halı ilə uzlaşdıra bilməmişik. Lakin, ruhdan düşməyə dəyməz. Mütləq və mütləq müstəqilliyimiz xalqın arzuladığı cəmiyyət və yaşayış tərzi ilə uzlaşacaq.

 

Bilmək lazımdır ki, Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, qalanlar ya sessiyaya qatılmayıb, ya da əleyhinə səs veriblər.

Bayramınız mübarək!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin