Deputat şəhid Emil İsgəndərovun atası ilə görüşüb
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Emil İsgəndərovun atası Vaqif İsgəndərovla görüşüb və sizin kimi ailələrimizlə fəxr edirik deyib.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Daxili Qoşunların giziri olmuş Emil İsgəndərovun atası Vaqif İsgəndərovla Mədəniyyət Komitəsində görüşüb.
Millət vəkili şəhidi atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdlik və peşəkarlıqla döyüşərək öz canını fəda etmiş hərbçimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Sizə minnətdarıq! Şəhid gizirimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Oğlunuz Emil İsgəndərov Vətən Müharibəsində iştirak edərkən şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Emil kimi gənclərimizlə hər zaman qürur duyacaq, xatirəsini əziz tutacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm"!
Komitə sədri şəhid gizirin atasına Komitə adından Məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"