“Yeni bir Çanaqqaladan keçirik”

19:42 18-10-2018 | icon 999 | Siyasət
“Yeni bir Çanaqqaladan keçirik”

 

Azərbaycan Yazıçılar Birliyi, İLESAM-ın birgə təşkilatçılığı ilə Dövlət Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan “4-cü Qardaşlıq Mədəniyyəti” adlı ədəbi-bədii gecənin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Türk dünyasının birliyi və bərabərliyinin daha da güclənməsinin vacibliyindən geniş danışıb.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və dosta da, düşmənə də çox önəmli məsajlar oldu deyib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib.

 

Qarabağ başda olmaqla Türk dünyasının yaşadığı böyük acılardan, problemlərdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışan millət vəkili yeni bir Çanaqqaladan keçirik deyib. Çanaqqalada yüzlərlə Azərbaycan türkünün şəhid olduğunu vurğulayaraq dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə bu gözəl bayramımızı burada birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:

 

“Arzu edirəm ki, gələn bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

 

Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində Türkiyədən, Cənubi Azərbaycandan (İran) və Türk dünyasından gəlmiş şair, yazar, aydınlarla da görüşüb. Ortaq mədəniyyətimizin öyrənilməsinin və birliyimizin daha da gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI