“Seçkilərin vaxtının dəyişdirilməsində qeyri-adi hal yoxdur”

13:24 06-02-2018 | icon 513 | Siyasət
“Seçkilərin vaxtının dəyişdirilməsində qeyri-adi hal yoxdur”

“Bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir”.

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, prezident seçkilərinin vaxtının dəyişdirilməsində heç bir qeyri-adi hal yoxdur.
İ.Həbibbəyli hesab edir ki, Azərbaycanda illərdən bəri formalaşan sabit ictimai-siyasi vəziyyət və böyük iqtisadi, mədəni inkişaf ölkəmizdə istənilən vaxt seçki keçirməyə imkan verir:

“Ölkənin başçısı xalq və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş bir lider olduqda belə seçkilərin vaxtından əvvəl keçirilməsi tamamilə təbii sayıla bilər. Azərbaycan xalqının apreldəki növbədənkənar seçkilərdə Prezident İlham Əliyev kimi 15 il ərzində böyük sınaqlardan çıxmış və ümumxalq rəğbəti qazanmış bir namizədi var. Ona görə də apreldə keçiriləcək seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir. Bu seçkilər xalqımızın dövlətçilik maraqlarına da tam uyğundur”.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?