Abşeronda aksizsiz tütün məmulatları aşkar olundu

14:14 05-02-2021 | icon 603 | İqtisadiyyat
Abşeronda aksizsiz tütün məmulatları aşkar olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi ödəyicisi Abbasov Xəzər Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanda yerləşən “Xəzər market”də operativ vergi nəzarəti tədbiri həyata keçirilib.

 

Dövlət Vergi Xidmətindən Versus.Az-a verilən məlumata görə, tədbir zamanı obyektdə külli miqdarda – dəyəri 14,4 min manat olan 7 min qutu aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatları aşkar edilib.

 

Müəyyən olunmuş faktlar protokollaşdırılıb və vergi ödəyicisi barəsində materiallar hüquqi qiymət verilməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinə təqdim olunub.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara bir daha müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatlarının istehsalı, satışı və saxlanması ilə məşğul olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görüləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı