Qələmi beynindən çıxarıb pasiyentə hədiyyə etdilər
Rusiyalı həkimlər çox ağır əməliyyat keçiriblər.
Onlar pasiyentin gözündən beyninə kimi gedən diyircəkli qələmi çıxarıblar.
Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, qələm yaralının həyatı üçün vacib heç nəyə toxunmayıb, ən azından iri damarlar tam qalıb.
37 yaşlı şəxs əməliyyat edilib, hətta sonra qələmi özünə qaytarılıb.
O, istintaq təcridxanasında əsəb sarsıntısı zamanı özünə xəsarət yetirdiyini deyib.
Ancaq əməliyyatın uğurlu keçməsinə baxmayaraq, reanimasiyaya yerləşdirilən kişi bir müddət sonra vəfat edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"