“Gələcək uğursuzluqlarını seçkinin vaxtının dəyişdirilməsi ilə sığortalamasınlar”

16:45 06-02-2018 | icon 484 | Siyasət
“Gələcək uğursuzluqlarını seçkinin vaxtının dəyişdirilməsi ilə sığortalamasınlar”

“DADP olaraq seçkilərə tam hazırıq”

“Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması bəzilərini niyə narahat edir ki? Heç kəs düşünməsin ki, bu addım Konstitutsiyaya ziddir. Əksinə, tamamilə konstitusiyaya uyğun olan qərardır”.

Bunu Versus.Az-a növbədənkənar prezident seçkilərinin keçirilməsinə açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri qeyd edib ki, ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözlənilən idi:

“Əksər siyasi qüvvələr növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Burda bəzi müxaliflərin düşündükləri kimi heç də hazırlıqsız “yaxalanmaq”dan söhbət gedə bilməz. Odur ki, yaxşı olar ki, bu məsələni spekulyasiya predmetinə çevirməsinlər və gələcək uğursuzluqlarını seçkilərin vaxtının dəyişdirilməsi ilə pərdələyib, özlərini sığortalamağa çalışmasınlar”.

Ə.Hüseynov vurğulayıb ki, aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri istər hüquqi, istərsə də beynəlxalq siyasi təcrübə baxımından tam əsaslıdır:

Şəxsən mən özüm də Prezidentin belə bir qərar verəcəyini gözləyirdim. Biz DADP olaraq bu seçkilərə tam hazırıq və İlham Əliyevin bu addımını dəstəkləyirik”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı