KİV nümayəndələri Gürcüstana səfər edib

12:30 19-10-2018 | icon 597 | KİV
KİV nümayəndələri Gürcüstana səfər edib

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi oktyabrın 18-də Gürcüstana səfərə gedib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Fondun hazırladığı tədbirlər planı çərçivəsində təşkil olunan səfərin məqsədi jurnalistləri Cümhuriyyətin yaradıcılarının fəaliyyəti, zəngin ideya irsi ilə yaxından tanış etməkdir.

 

Səfər çərçivəsində KİV nümayəndələri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov park barədə jurnalistlərə məlumat verib.

 

Azərbaycan mətbuatının nümayəndələri sonra Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının məzarlarını ziyarət ediblər. KİV nümayəndələri həmçinin Tbilisidə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını nəzərdə tutan İstiqlal Bəyannaməsinin elan edildiyi bina ilə tanış olublar.

 

Daha sonra KİV nümayəndələri Gürcüstan parlamentində görüş keçirib. Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan media mənsublarının Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı