Baş nazirin sabiq müavini bu məlumatı TƏSDİQLƏDİ

13:53 10-02-2021 | icon 1083 | Gündəm
Baş nazirin sabiq müavini bu məlumatı TƏSDİQLƏDİ

Abid Şərifov: “Bunu böyütmək nəyə lazımdır?”

 

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

 

Versus.Az xəbər verir ki, Abid Şərifov açıqlamasında faktı təsdiqləyib.

 

O bildirib ki, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” hoteli nəvəsinə məxsusdur:

 

“Nicat mənim qızımın oğludur. Şəkidə inşa etdirdiyi obyektə otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”

 

Qeyd edək ki, “Şəki Park” hotel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var. /Unikal.org/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...