"Qeyri-peşəkarlar aparıcılıq edirlər"

13:03 19-10-2018 | icon 453 | Mədəniyyət
"Qeyri-peşəkarlar aparıcılıq edirlər"

"Hər kəs ana dilini qorumalıdır. Bu işə birinci ailədə başlanılmalıdır, sonra efirlərdə".

 

Versus.Az xəbər verir ki, bunu Xalq artisti Mənsum İbrahimov “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransda deyib.

M.İbrahimov hər zaman tələbələrinə ana dilində sözləri düzgün tələffüz etməyi öyrətdiyini deyib:

 

“Tələbələrimə deyirəm ki, ana dilində oxuyan zaman düzgün tələffüz edin, əks halda mahnı düzgün səslənməyəcək”.

 

Xanəndə telekanallarda qeyri-peşəkar aparıcıların olduğunu da bildirib:

 

“Telekanalların sayının çox olması yaxşıdır, ancaq görürsən ki, qeyri-peşəkarlar gəlib aparıcılıq edirlər, dillərində qüsurlar var, yad sözlərdən istifadə edirlər. Bəzən bunu müasirlik kimi qəbul edirlər, ancaq bu, düzgün deyil. Hər kəs öz işində peşəkar olmalı, ana dilini qorumalıdır”.

O əlavə edib ki, ana dilinin qorunması ilə bağlı geniş təbliğat işi aparılmalıdır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı