Kəfəndən ölən uşaqların cəsədi yerinə gəlinciklər tapdı
Dağıstanda ölü doğulan uşaqlarını dəfn edən ata tabutda cəsədlər yerinə kəfənə bükülmüş gəlinciklər tapıb.
Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.
Davud Davudov “cəsədlərin” Stavropol şəhərində perinatal mərkəzdən verildiyini bildirib. Ona orada yeni doğulan övladlarının öldüyünü deyiblər. O da, uşaqları dəfn etmək üçün Dağıstana yollanıb.
“Uşaqlarım doğuldu. Onları dəfn etmək üçün Dağıstana gətirdim. Kəfəni açdım və baxın nə gördüm. Burada oyuncaqlar var. Əsl gəlinciklər. Deməli övladlarım sağdır?”, - deyə kişi bununla bağlı sosial şəbəkədə yaydığı videoda bildirib.
Kişinin sözlərinə görə, Stavropolda doğum evində onun arvadını bir sıra insanlar əhatəyə alıb. Qadına uşaqlarının öldüyünü dedikdən sonra, körpələri yuyacaqlarını və bütün ayinləri yerinə yetirəcəklərinə söz veriblər. Sonra isə kəfəndə veriblər, taksiyə mindirib, evə yollayıblar.
Regional DİN-in mətbuat xidməti insident faktını təsdiqləyib, lakin əlavə təfərrüat verməyib.
Stavropol rəhbəri Vladimir Vladimirov isə yayılan videonun saxta ola biləcəyini deyib. Onun sözlərinə görə, Dağıstan sakini uşaqlarının dəyişdirildiyi barədə polisə müraciət edib. Lakin 1 saylı perinatal mərkəzdə onların göstərdiyi adda adam olmayıb. Həmçinin iki ölüm barədə hadisə qeydə alınmayıb.
Sonradan məlum olub ki, Davudovun arvadı ümumiyyətlə hamilə olmayıb. Əri uşaq istədiyi üçün qadın tərk edilmək qorxusu ilə belə bir yalana əl atıb. Laura doqquz ay özünü hamilə kimi göstərə bilib, doğum vaxtı gəldikdə isə anevrizma barədə hekayə düşünüb. O, qohumlarına təhlükəli ola biləcəyi üçün uşaqların cəsədlərini açmamağı tapşırıb.
Müstəntiqlər hazırda Laura ilə söhbətlər aparırlar, bir müddət sonra isə o, psixiatrik ekspertizadan keçəcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"