"Bütün dünya görsün bunları"
İlham Əliyev: "Düşmən bütün bu cinayətlərə görə artıq öz payını alıb"
“Qubadlı rayonunun Muradxanlı kəndi – ermənilər burda yaşayıb. Buranı da dağıdıb. Artıq bərpa işləri gedir.
Bu da Həkəri kəndidir. Baxın, ermənilər it damında yaşayıb, baxın. Erməni faşizminin əməlləri. Bütün dünya görsün bunları. Bu da onların traktoru”.
Versus.az xəbər verir ki, bu sözləri ötən gün Qubadlı rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Balasoltanlı kəndi - evlərin böyük hissəsi dağıdılıb, amma düşmən bəzi evlərdə qanunsuz məskunlaşma aparmışdır. Bu da hərbi cinayət sayılır. Düşmən bütün bu cinayətlərə görə artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcək.
Bizim şanlı ordumuz bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğalçılardan azad etmişdir. O cümlədən Güləbird kəndi də ordumuz tərəfindən işğalçılardan azad edilmişdir.
Laçın rayonunu cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı”, - deyə Azərbaycanın dövlət başçısı qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dünən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"