Şura üzvləri Fəxri fərmanlarla mükafatlandırılıb

08:00 23-08-2023 | icon 526 | Cəmiyyət
Şura üzvləri Fəxri fərmanlarla mükafatlandırılıb

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın IV tərkibinin fəaliyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib.



Versus.Az xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov çıxış edərək Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər prosesində ictimai iştirakçılığın təmin edilməsinə və ictimai nəzarətə xüsusi önəm verildiyini bildirib. O, bu istiqamətdə İctimai Şura ilə səmərəli əməkdaşlığın reallaşdırıldığını vurğulayıb.



Vüsal Hüseynov son iki il ərzində İctimai Şuranın fəaliyyətinə diqqət çəkərək Şurada təmsil olunan 9 nəfərdən ibarət vətəndaş cəmiyyəti nümayəndələrinin işini müsbət dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ötən dövr ərzində İctimai Şura ilə Dövlət Miqrasiya Xidmətinin sıx əməkdaşlıq etdiyini və dövlət orqanı ilə vətəndaş cəmiyyəti arasında “körpü” rolunu oynadığını vurğulayıb. Qeyd edib ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura fəaliyyəti dövründə mütəmadi olaraq miqrantlarla görüşlər keçirib, miqrantların qəbullarını təşkil edib, onların təkliflərini, problemlərini öyrənib Xidmətlə əlaqəli şəkildə həll edib.

 

Görüşdə çıxış edən DMX yanında İctimai Şuranın IV tərkibinin sədri Azər Allahverənov göstərilən dəstəyə görə minnətdarlığını bildirib, Şuranın iki illik fəaliyyətinə dair təqdimatla çıxış edib. Qeyd edib ki, İctimai Şuranın IV tərkibinin ümumilikdə 10 iclası keçirilib. Şuraya müraciət edən 366-a qədər əcnəbiyə hüquqi məsləhətlər verilib, zəruri texniki dəstəklər göstərilib, 94 nəfər miqrant üçün psixoloji məsləhətlər və seminarlar daxil olmaqla psixoloji terapiya tədbirləri keçirilib. Qeyd edilən dövrdə İctimai Şura üzvlərinin iştirakı və təmsilçiliyi ilə 35 tədbir reallaşdırılıb.



İctimai Şura üzvlərinin monitorinqlərin keçirilməsi fəaliyyəti çərçivəsində Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, həmçinin Gəncə, Xaçmaz və Şəki regional miqrasiya idarələrinə səfərləri təşkil olunub. Monitorinqlər zamanı mərkəzdə saxlanılan miqrantlarla İctimai Şura üzvləri tərəfindən fərdi görüşlər keçirilib, həmin şəxslərin saxlanılma şəraiti, rəftar, qida təminatı və digər məsələlərlə bağlı ictimai nəzarət həyata keçirilib.


Həmçinin İctimai Şuranın üzvləri onların fəaliyyəti üçün yaradılmış şəraiti qeyd edib, Xidmət tərəfindən həyata keçirilən tədbirlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.

 

Sonra İctimai Şuranın fəaliyyəti ilə bağlı video-icmal nümayiş olunub. Şura üzvlərinə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən Fəxri fərmanlar təqdim olunub.



Eyni zamanda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın IV tərkibinin sədri Azər Allahverənov Şura ilə yaxından əməkdaşlıq edən media nümayəndələrini təltif edib.

Görüşdə həmçinin vətəndaş cəmiyyəti institutlarının üzvləri çıxış edərək İctimai Şuranın fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür