“Nə lazımdırsa, onları edirəm”

13:58 15-02-2021 | icon 850 | Şou-biznes
“Nə lazımdırsa, onları edirəm”

Mətanət İsgəndərlinin oğlu qızını döyməsi barədə ittihamlara cavab verdi

 

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş xanımı Cananın (Aynur) şiddət ittihamlarına cavab verib.

 

O, “MTV xəbər”ə açıqlamasında qızını və xanımını döyməsi barədə verilən sualları belə cavablandırıb:

 

“Uşaqlarımın anasıdır. Əsəbi olub, şantaj edib, özü və Allahı bilər. Mən yenə o uşaqların atasıyam, arxalarında dayanmışam. Nə lazımdırsa, onları edirəm. Mən məcbur deyiləm ki, mətbuata bu barədə açıqlama verim. Çox danışmaq istəmirəm”.

 

Qeyd edək ki, Canan bir neçə gün əvvəl qızının fotolarını instaqramda paylaşaraq atası tərəfindən şiddətə məruz qaldığını iddia edib.

 

O, qızı yox, özünün döyülməsi barədə polisə şikayət etdiyini açıqlamışdı. 

 

Qeyd edək ki, Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var. /Qafqazinfo/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...