Bu şəxslər sizə zərər vurubsa, dərhal polisə məlumat verin - VİDEO

15:32 15-02-2021 | icon 376 | Hadisə
Bu şəxslər sizə zərər vurubsa, dərhal polisə məlumat verin - VİDEO

Suraxanı rayonu Bülbülə qəsəbəsi sakini olan bir nəfərin evindən oğurluq edilib. Zərərçəkən ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə bu barədə məlumat verərək mənzilindən 7 min manat dəyərində bir ədəd televizorun, kombi aparatının, eləcə də digər məişət əşyalarının oğurlandığını bildirib.

 

Versus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxslər – Sadiq Şəfiyev, Elşən Məmmədov, Canəli Mustafayev, Kəmalə Mustafayeva, Habil Nağıyev və Həsən Abbasov saxlanılıblar.

 

Onların Suraxanı, eləcə də paytaxt və respublikanın digər rayonlarından ümumilikdə 30-dan çox evdən əsasən məişət əşyaları oğurladıqları məlum olub.

 

Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı