"Bu, şirkətləri qadınları daha çox işə götürməyə sövq edə bilər"

14:41 19-10-2018 | icon 481 | Cəmiyyət
"Bu, şirkətləri qadınları daha çox işə götürməyə sövq edə bilər"

Azərbaycanda nə qanunvericilik, nə də inzibati sahədə qadınların əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı məhdudiyyət yoxdur.

 

Versus.Az xəbər verir ki, bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazirin sözlərinə görə, qadınlar evdə də müəyyən ev işləri görməlidirlər:

 

"Təhsil və səhiyyə sahəsində iş saatı daha az olur. Buna görə də qadınlar təhsil və tibb sahəsində işləməyə üstünlük verirlər".

 

S.Babayev deyib ki, bu səbəbdən sonda qadınların aldığı orta aylıq əməkhaqqı kişilərin əməkhaqqından aşağı olur:

 

"Qadınların iqtisadi statusundan asılı olmayaraq, bütün bərabərlik mexanizmləri təmin edilməlidir. Ən azından, əməkhaqlarına əlavələr edilərsə, bu, məncə, müsbət diskriminasiya kimi qəbul edilə bilər. Şirkət müəyyən sahədə qadınları stimullaşdıra, hökumət də bu şirkətə müəyyən baxımdan güzəşt verə bilər. Bu, şirkətləri qadınları daha çox işə götürməyə sövq edə bilər".

 

Nazir Azərbaycanda dövlət qulluqçularının 47 faizinin qadın olmasını da müsbət hal sayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI