“Siyasi təşkilat istənilən vaxtda keçirilən seçkilərə hazır olmalıdır” – MÜSAHİBƏ

16:39 05-02-2018 | icon 520 | Siyasət
“Siyasi təşkilat istənilən vaxtda keçirilən seçkilərə hazır olmalıdır” – MÜSAHİBƏ

“Bizim seçki ilə bağlı proqramımız çoxdan qurulub”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, bu gün seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı Prezidentin verdiyi sərəncamı necə qarşıladınız və bu, sizin üçün nə dərəcədə gözlənilməz idi?

– Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı 2017-ci ildən başlıyaraq müəyyən mülahizələr irəli sürülürdü. Biz seçkilərin keçiriləcəyini təxminən dekabr ayına proqnozlaşdırmışdıq. Lakin cərəyan edən proseslər onu deməyə əsas yaratdı ki, hakimiyyət daxilində hələ də müəyyən razılaşma əldə olunmayıb. Çünki növbəti seçkilərə bir neçə ay qalmış, birdən-birə seçkinin növbədənkənar təyin edilməsi, bir neçə sualı ortaya çıxarır. İstər-istəməz seçkinin önə çəkilməsi hər kəs üçün gözlənilmz oldu. Hər halda, artıq elan olunub və biz seçkiyə daha fəal şəkildə qatılacağıq.

– Bəzi müxalifət partiyaları növbədənkənar seçkilərin təyin olunması ilə hakimiyyətin müxalifəti “yaxaladığını” və sıxışdırdığını iddia edir. Buna sizin münasibətiniz necə olacaq və bir müxalifət olaraq “yaxalandığınızı” hiss edirsinizmi?

– Biz bu seçkilərlə bağlı hazırlığa 2017-ci il aprelin 12-dən başlamışıq. Keçən il partiyanın qurultayında namizədliyim irəli sürülmüşdü. Yəni bizim üçün seçkinin növbədənkənar keçirilməsinin fərqi yoxdur. Biz seçki hazırlığına apreldən başladığımız üçün “yaxalandığımızı” da düşünmürük. Lakin bir çox partiyalar seçki ilə bağlı müəyyən gözləmə mövqeyi tuturdular. Digər tərəfdən də “baxaq görək necə olacaq”, “heç nə deyə bilmərik, məsələni qurultay həll edəcək” və sair kimi qeyri-müəyyən məsələləri ortaya atırdılar. Bütün bunlar hamısı bəhanədir. Fəaliyyət göstərən siyasi təşkilat istər növbədənkənar prezident seçkiləri olsun, istərsə də parlament və bələdiyyə seçkiləri, istənilən vaxtda seçkilərə hazır olmalıdır. Bizim seçki ilə bağlı proqramımız çoxdan qurulub. Sadəcə olaraq müəyyən məsələlər var idi ki, düşünürdük seçkiyə qədər arada olan vaxt ərzində onları həyata keçirək. Bütün hallarda biz bütün işlərimizi uğurla yerinə yetirməyə çalışacğıq.

“Müxalifət seçkidə pərakəndə iştirak edir və bir-birinə qarşı “qara piar” aparır”

– Belə fikirlər də səslənirdi ki, müxalifət partiyaları seçkilərə az vaxt qalmış birgə əməkdaşlığa başlasınlar. Hesab olunur ki, seçkinin ertələnməsi müxalifəti pərakəndə halda saxladı.

– Əgər hansısa partiyalar qarşıdan gələn seçkilərdə əməkdaşlıq etməyi nəzərdə tuturdusa, onlar bu aylar ərzində heç olmasa bir dəfə görüşüb razılığa gələ bilərdilər. Müxalifətdə olan digər partiyalar ilboyu bir-birinə qarşı antireklamla məşğul olublarsa, hətta seçkilər vaxtında keçirilsəydi belə, onlar bir araya gəlməyəcəkdilər. Bütün bunlar hamısı bəhanədir. Çox təəssüf ki, müxalifət seçkidə pərakəndə iştirak edir və bir-birinə qarşı “qara piar” aparır.

– Fuad bəy, növbədənkənar seçki sizin “Namizədlər Klubu”nun hansı növbədənkənar addımlar atmasına təkan verdi?

– Biz planlaşdırmışdıq ki, mart ayından başlayaraq Klubu yaradaq. Amma indiki zamanda diqqətimizi buna yönəldə  bilmərik. Yəqin ki, biz həmin ideyanı mərhələ-mərhələ həyata keçirə bilərik. Hələlik partiyamız daha aktiv iş rejiminə keçib və artıq sənədləri toplayıb MSK-ya təqdim edəcəyik.

– Sizin digər namizədliyini verən partiyalarla operativ bir işbirliyinin qurulması və vahid namizədin seçilməsi kimi növbədənkənar ideyanız yaranmadı?

– Bu gün Siyasi Əməkdaşlıq Mərkəzinin (SİƏ) növbədənkənar toplantısı keçiriləcək. Toplantıda seçki və namizədlərin iştirakı ilə bağlı məsələlər müzakirə olunacaq. Vahid namizədin seçilməsi isə dostlarımızın qərarına bağlıdır. Çünki SİƏ-də iştirak edən partiyalar arasında KXCP sədri Mirmahmud Mirəlioğlu, eləcə də BAP sədri Elşad Musayev də seçkilərə qatılmaq fikirlərini açıqlayıblar. Bu məsələlər aparılan müzakirələrdən sonra məlum olacaq.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı