Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

15:46 19-10-2018 | icon 684 | Siyasət
Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

 

Qənirə Paşayeva: “Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir”

 

 

 

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan qardaş Türkiyədən gəlmiş Körpübaşı bələdiyyəsi rəsmiləri, şəhid ailələri cəmiyyəti, Demokrat Qəzetəçilər və Yazarlar Dərnəyi, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, QHT nümayəndələri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın və "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin sədri Zaur Qəriboğlunun iştirakı ilə keçən görüşdə qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Azərbaycan Ordusunun 100 illiyi və Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edilməsinin 100-cü ildönümünün keçirildiyi bir dönəmdə Azərbaycanda görməkdən çox şad olduğunu deyib.

 

Q.Paşayeva bu üç mühüm və tarixi hadisələr barədə geniş məlumat verib. O, türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək, vurğulayıb ki, bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin vacib və önəmli olduğunu daha çox anlatmalıyıq:

 

“Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq. Ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”.

 

 Millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb:

 

“Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”.

 

Q.Paşayev görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışıb. Bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:

 

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşür, buna görə də daha fəal olmalıyıq.

 

Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən qardaş Türkiyənin şəhid ailələri, yazarlar, şairlər, aydınları "bir millət iki dövlət" düşüncəsi ilə hər zaman Azərbaycanın yanındayıq deyiblər.

 

Millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyi tərəfindən qonaqlara Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı materiallar hədiyyə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi