DİN-dən qadını itələyən polislə bağlı açıqlama (VİDEO)

16:19 16-02-2021 | icon 438 | Hadisə
DİN-dən qadını itələyən polislə bağlı açıqlama (VİDEO)

Daxili İşlər Nazirliyi Bakıda bərbərxanada qadına qarşı zorakılıq edən polis əməkdaşı ilə bağlı məsələni araşdırır.

 

Versus.az xəbər verir ki, hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib.

 

Məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

DİN Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

 

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı