Qənirə Paşayeva Etibar Babayevlə görüşüb

10:14 17-02-2021 | icon 466 | KİV
Qənirə Paşayeva Etibar Babayevlə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şurasının sədri, Əməkdar jurnalist, professor Etibar Babayevlə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, görüşdə yaxın keçmişdə 70 yaşı tamam olmuş hörmətli ziyalının incəsənət, televiziya və elmi-pedaqoji fəaliyyəti barədə danışılıb, bu sahələrin hər birinə dair bugünkü çağırışlar, dövlət başçısının qarşıya qoyduğu tələblər, ölkəmizin yeni mədəniyyət strategiyası yönündə fikir mübadiləsi aparılıb.

 

Komitə sədri Əməkdar jurnalistin peşəkarlığının, ziyalılığının və kübarlığının yeni nəsil televizyaçıları, gənclər üçün örnək olduğunu deyib:

 

“Siz harada çalışmısızsa, həmişə öz xeyirxahlığınızla, peşəkar dəst-xəttinizlə seçilmisiz. Siz jurnalist fəaliyyətinizlə respublikamızda və qardaş Türkiyədə müxtəlif ödüllərə layiq görülmüsüz. Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk”!

 

Qənirə Paşayeva Etibar Babayevə üzərində “Şuşa – Azərbaycandır!” yazılmış qol saatı və Mədəniyyət Komitəsi adından Təbrik Məktubu təqdim edib.

 

Etibar Babayev səmimi görüş, fikir mübadiləsi və xoş sözlər və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı