Tanınmış idmançı yenə yarışdan kənar qalacaq

11:24 17-02-2021 | icon 339 | İdman
Tanınmış idmançı yenə yarışdan kənar qalacaq

Azərbaycan sabah İsrailin paytaxtı Təl-Əvivdə başlayacaq “Böyük Dəbilqə” yarışında 15 cüdoçu ilə təmsil olunacaq.

 

Versus.Az xəbər verir ki, yanvarda bəlli olan ilkin siyahıya iki dəyişiklik və bir əlavə edilib.

 

Belə ki, ötən ay Qətərin paytaxtı Dohada keçirilmiş “Masters” turnirində zədə üzündən iştirak edə bilməyən Olimpiya və dünya mükafatçımız, Avropa çempionu Rüstəm Orucov (-73 kq) yenə yarışmayacaq. Həmçinin “Masters”də gümüş medal qazanmış dünya və Avropa mükafatçısı İrina Kindzerskaya (+78 kq) yarışa qatılmayacaq.

 

Heyətə ən ağır çəkidə cəlb edilən idmançı isə Camal Feyziyevdir.

 

Kişilər: Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Telman Vəliyev (-73 kq), Hidayət Heydərov, Zelim Tskayev (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri, Camal Feyziyev (hər ikisi +100 kq)

 

Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).

Qeyd edək ki, Olimpiadaya reytinq xalları qazandıran bu yarışda 61 ölkədən 425 iştirakçı (249 kişi və 176 qadın cüdoçu) mübarizə aparacaq. Yarış fevralın 20-də başa çatacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı