Erməninin rus dilinə “ikinci dövlət dili” statusu verməsi YALTAQLIĞI

15:48 17-02-2021 | icon 757 | Geopolitika
Erməninin rus dilinə “ikinci dövlət dili” statusu verməsi YALTAQLIĞI

Elxan Şahinoğlu: "Bu o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdırlar"

 

Dağlıq Qarabağ separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması təxribat olmaqla yanaşı, uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir. Keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri ermənilərdir. Ancaq bu, ermənilərə Rusiyanın vassalı olmasına mane olmur. Halbuki Rusiyanın siyasi dairələrində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılması üçün zəmin var.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, erməni separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq:

 

"Erməni separatçılarının ümidi də bunadır. Başqa bir fakta müraciət edək. 10 noyabrdan bu yana başda Azərbaycan Prezidenti olmaqla, cəmiyyətimizdə rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyətlərinə dair xeyli sualları və iradları səslənib. Ancaq bu 3 ayda ermənilərin dilindən rusiyalı hərbçilərin fəaliyyəti ilə bağlı bir irada rast gəlmədim. Bu, o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdırlar. Misal üçün rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardılar. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxartmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir”.

 

Qeyd edək ki, keçmiş və qondarma “dqr”in separatçı-terrorçu başçısı Araik Arutyunyan rus dilinə “ikinci dövlət dili” statusu tanıyan “qərar” qəbul edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol