Komitə sədri Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru ilə görüşüb

10:17 18-02-2021 | icon 315 | Mədəniyyət
Komitə sədri Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanova ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

"Hörmətli Gülbacı xanım, Sizi - Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru olan Xalq artistimizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni sənət uğurları diləyirik! Siz uzun müddətdir, sənətlə yanaşı, pedaqoji və elmi fəaliyyətlə də məşğulsuz - Bakı Musiqi Akademiyasının "Dirijorluq" kafedrasının professorusuz. Sizi Mədəniyyət Komitəsi üzvləri adından bir daha təbrik edir, yeni-yeni uğurlar arzulayıram"!

 

Xalq artistinə Komitə adından Təbrik Məktubu təqdim edilib.

 

Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanova səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi