"Azərbaycana tətbiq edilən ikili standartlar aradan qalxsın"

16:56 20-10-2018 | icon 400 | Siyasət
"Azərbaycana tətbiq edilən ikili standartlar aradan qalxsın"

Türkiyənin Kayseri şəhərinin Erciyez Universitetində konfrans keçirilib.

 

Versus.Az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, azərbaycanlı millət vəkilləri, Rusiya Dövlət Dumasının üzvləri iştirak edib.

 

Konfransda çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib ki, bir neçə il əvvəl korlanan Türkiyə-Rusiya münasibətləri yenidən bərpa edilib:

 

"Hər iki ölkənin prezidentlərinin səyi nəticəsində iki dövlət arasında münasibətlər yenidən bərpa edildi. Bu gün Suriyaya sülh gətirmək istəyən iki ölkə var: Türkiyə və Rusiya. Türkiyədə hazırda 4 milyona yaxın suriyalı qaçqın var və rəsmi Ankara bu insanların problemləri ilə yaxından maraqlanır. Lakin Türkiyənin də imkanları və səbri hədsiz deyil".

 

Ş.Ayrım həmçinin 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə öz təbriklərini çatdırıb:

 

"Azərbaycanı təbrik edirəm. Heç bir zaman bayrağınız enməsin. Azərbaycan iki yüz ildir ki, qətliamlara məruz qalır. Lakin heç bir dövlətə kin və nifrət bəsləmir. Problemləri sülh yolu ilə qaydaya salmaq istəyir. Türkiyə olaraq istəyirik ki, Azərbaycana tətbiq edilən ikili standartlar aradan qalxsın və işğalda olan torpaqlar azad edilsin. Bu gün Ermənistan işğalçı olmasaydı, bir çox layihələrdə iştirak edərdi".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol