“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb

14:14 19-02-2021 | icon 464 | Cəmiyyət
“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb

İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz olmuşdur. İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən muzeylər, məscidlər, abidələr dağıdılmış və qəsdən törədilmiş yanğınlar nəticəsində meşə sahələri yanaraq məhv olmuş, ətraf mühitə və canlı təbiətə ciddi ziyan dəymişdir. Lakin Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi.

 

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Azerbaijan Society Team”- in təşkilatçılığı ilə Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması adına “What Armenians did in Karabakh?” adlı videoçarx ərsəyə gətirilib.

 

Videoçarxda ermənilərin Şuşa, Zəngilan, Qubadlı, Ağdam məscidlərində və ümumən Qarabağdakı mədəni irs nümunələrimizə vurduğu ziyan, törətdikləri ekoloji terror və tarixi saxtalaşdırmaq cəhdləri faktlarla işıqlandırılaraq dünya ictimaiyyətinə çatdırılıb.

 

Videoçarxı “Azerbaijan Society Team”- in sosial şəbəkə hesablarından izləyə bilərsiniz.

 

https://www.instagram.com/azerbaijansocietyteam/

https://www.facebook.com/azerbaijansocietyteam/

https://www.youtube.com/channel/UCQna11QM3nviUwJ0vvXd_KQ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...