"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

10:58 19-02-2021 | icon 579 | Siyasət
"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

 

Fuad Əliyev: "Azərbaycan Konstitusiyasında bir dil dövlət dili kimi qəbul olunub"

 

Ermənistan kütləvi informasiya vasitələrində Dağlıq Qarabağda rəsmi "dövlət" dilinin rus dili olacağı barədə məlumatlar dərc olunur. Məlumatlarda qeyd olunur ki, bu qərarı həm də "Artsax" xalqı tələb edir.

 

Yayılan məlumatlar Azərbaycanda xeyli narazılığa səbəb olub. Siyasilər bildirir ki, dövlət dili Azərbaycan dilidir, Qarabağda da eynilə. 

 

Hazırda mühacirətdə yaşayan Əlikrəm Hümbətov isə mətbuata açıqlamasında bildirib ki, Qarabağda dövlət dili Azərbaycan və "Artsax" dili olmalıdır:

"İndidən özünü aldatmaqla deyil, hazırki real vəziyyətə və ölkə mənafeyinə uyğun, qəti həqiqət, cəsarəti tapıb deməklə ölkə daxilində veriləcək status elan ediləcəyi təqdirdə Qarabağda dövlət dili Azərbaycan (türk) dili və "artsax", bəli, "artsax" dili olmalıdır. O dil erməni dili deyil!"

 

"Artsax"la erməni arasında hansı fərq var, hər ikisi eyni millət deyilmi" sualına cavab olaraq əlavə edib ki, onlar eyni millət deyil. Ə.Hümbətov hesab edir ki, ən böyük səhvlərdən ən başlıcası onları eyni millət hesab etməkdir.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, azad olunan torpaqlar Azərbaycan ərazisi olduğuna görə, dövlət dili – Azərbaycan dilidir:

 

“Hamı bilir ki, “Arsak” və ya “Arsax” – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. Vaxtı ilə Indiki Qarabağ ərazisi və ondan cənubda olan bəzi ərazilər “Arsak” adlanırdı. İndi Əlikrəm Hümbətov bunu nəzərdə tutursa, onda çox sağ olsun ki, biz türkləri fikirləşir. Azərbaycan dili türk dili qrupuna aid olduğuna görə buna ehtiyac yoxdur. Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri, dost olduğu ermənilərə desin. Əlikrəm Hümbətov bunu başa düşübsə, yaxşıdı. İndi ermənilərə başa salsın. Azərbaycanın dövlət işlərinə qarışmasın. Azərbaycan Konstitusiyasında bir dil dövlət dili kimi qəbul olunub, bu da Azərbaycan dilidir. Azad olunan torpaqlarda Azərbaycan ərazisi olduğuna görə, dövlət dili - Azərbaycan dilidir.”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin