Qurban Məmmədov İqbal Ağazadənin iradını qəbul etdi

11:29 21-10-2018 | icon 1519 | Siyasət
Qurban Məmmədov İqbal Ağazadənin iradını qəbul etdi

 

Tamilla Qulami: "Əslində siyasətçilərimiz bu cür incə və yumşaq diplomatiya yoluyla bir-birilərinə müsbət mənada təsir göstərməyi bacarsalar..."

 

 

"AzerFreedom" internet kanalının canlı yayım debatında Ümid Partiyasının sədri İqbal Ağazadənin tövsiyyəsindən sonra blogger-siyasətçi Qurban Məmmədov onun təklifini nəzərə alaraq, yayım plakatında çox mühüm bir dəyişiklik edib, "Rədd ol!" sözünü plakatdan götürüb.

 

Versus.Az-ın məlumatına görə, bu barədə Ümid Partiyasının sədr müavini Tamilla Qulami sosial mediada bildirib:

 

"Xatırladıram ki, İqbal bəy iqtidara qarşı bu cür zorakı, kobud, nifrət ruhunda çağırışlarla mübarizə aparmağın doğru olmadığını və səmərə verməyəcəyini bildirmişdi. Qurban Məmmədov da hər nə qədər radikal ovqata köklənsə də, həmin an İqbal Ağazadənin bu iradını qəbul etdi. Söz verdi ki, plakatda dəyişiklik edəcək və sözünün üstündə də durdu".

 

Sədr müavininin fikrincə, iqtidarla müxalifət arasında mübarizə sivilləşərsə, bundan hər iki tərəf udacaq. Ən çox udan tərəf isə məhz cəmiyyət olacaq:

 

"Əslində siyasətçilərimiz bu cür incə və yumşaq diplomatiya yoluyla bir-birilərinə müsbət mənada təsir göstərməyi bacarsalar, o zaman Azərbaycan siyasəti də qladiator döyüşlərinə bənzəməkdən xilas olar".

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”