Bakıda metrolar açılsınmı?

09:19 22-02-2021 | icon 509 | Cəmiyyət
Bakıda metrolar açılsınmı?

Karantin rejiminin mərhələli yumşalma planının tərkib hissəsi olaraq Bakı Metropoliteninin sərnişinlər üçün açılıb-açılmaması günün ən aktual mövzusuna çevrilib. Yoluxma sayı azaldıqca bir çox ictimai-iaşə obyektləri, təhsil müəssisələri ilə yanaşı ən çox sərnişin yükdaşımasını həyata keçirən metrostansiyaların açılması məsələsi önə çəkilir. Belə hesab olunur ki, əgər sərnişinlərin sıxlığına baxmayaraq avtobusların hərəkətinə məhdudiyyəyt yoxdursa, nəyə görə metrolar açılmamalıdır. Ekspertlər metroların sərnişinlər üçün açılmaması ilə bağlı bir sıra məqamları qeyd ediblər.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 24-dən xüsusi karantin rejimi elan olunub. Azərbaycanda aprelin 27-də birinci dəfə, mayın 4-də isə ikinci dəfə xüsusi karantin rejiminin yumşaldılması həyata keçirilib. Bu günə qədər də fasilələrlə xüsusi karantin rejimi davam edir.

 

 

 

 

“Metroların bu soyuq aylarda açılması o dərəcədə əlverişli deyil”

 

Həkim-terapevt Yeganə Rəhimova bildirib ki, virusun aktivliyinə görə metroların bu soyuq aylarda açılması o dərəcədə əlverişli deyil.

 

Onun sözlərinə görə, bir sıra iaşə müəssisələrinin, məktəblərin açılması heç də metronun da istifadəyə verilməsi üçün əsas ola bilməz. Həkim avtobusların ictimai nəqliyyat kimi aktivliyinə diqqət çəkərək, bir çox insanların “avtobuslarda sıxlıq varsa, metroda olsa nə olacaq, niyə metro açılmasın”- sualına fərqli aspektdən yanaşıb:

 

“Vətəndaşlarımız, ictimai nəqliyyatdan istifadə edən insanlarımız bilməlidirlər ki, avtobusda nə qədər sıxlıq olsa da, yerüstü hərəkət, yeraltı metrolardan əlverişlidir. Çünki avtobuslar açıq havada hərəkət edir, metrolar isə nə qədər viltilyasiya sistemi ilə işləsə də, havasızdır. Metrolarda sərnişin sıxlığı virusun aktivləşməsi üçün əlverişli ola bilər. Sıxlıq yoluxma sayının artmasına gətirə bilər. Metrolarda həddən artıq sıxlıq olur və oksigenə təlabat artır. Kütlənin içində oksiken azalıb, karbon çoxalır. Bu da tənnəfüs almada çətinliyə səbəb olur. Pandemiya ilə əlaqədər metrolar hələ bir müddət açılmasın”.

 

Yeganə həkim metronun açılmasına səbirsizlənən paytaxt sakinlətinə bir qədər səbrli olmağı tövsiyə edib. Bildirib ki, bu vaxta qədər nə qədər səbrlə hərəkət etmişiksə, bundan sonra da karantin qaydalarına uyğun olaraq hərəkət etməliyik:

 

“Yaza qədər bu çətinliklərə də qatlana bilərik. 1 ildir pandemiya bəlasına dözən əhalimiz bir azacıq müddət də dözsə, nəticədə uğur qazanmış olarıq. Bu, gələcəyimiz üçün lazımdır. Şükür ki, torpaqlarımız alınıb, yenidənqurma işləri gedir. İnsanlarımız öz yurdlarına sağlam, gümrah qayıtmalıdır. Allah bu milətə kömək olsun. Cansağlığı və şəfyət versin”.

 

 

 

 

 

“...metronun bağlı qalmasının da bir nəticəsi olmayacaq”

 

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, ölkədə pandemiya ilə bağlı yoluxma sayının çox olduğu bir vaxtda Metronun bağlanması çox düzgün addım idi. Amma hazırda ictimai nəqliyyatlarda, avtobuslarda baş verən sıxlığa nəzər salsaq, metronun açılması ilə bu sıxlığı aradan qaldırmış olarıq.

 

V.Hüseyni hesab edir ki, əgər virusdan qorunmanın əsas şərtlərindən biri məsafənin saxlanması və maskalardan düzgün istifadədirsə, metroların açılışı ilə bu sıxlığın qaşısını müəyyən qədər almaq olar:

 

“Adətən metronun bağlı saxlanmasını onunla əsaslandırırlar ki, metrolar rütubətlidir, oksigen azlığı var, viltilyasiyanın zəifliyi youxmanı sürətləndirə bilər. Amma nəzərə alaq ki, avtobuslarda insanlar bir-birinə çox yaxın məsafələrdə dayanır, o zaman metrolardan istifadəni də aktivləşdirmək olar. Bu gün “28 may”, “20 yanvar” və digər ərazilərdə insanların avtobus sıxlığından əziyyət çəkdiyini, hətta avtobusa minə bilmədiklərini görürük. O zaman heç kəs virisa yoluxa biləcəyi ilə balı təhlükə bardə düşünmür. İnsanlar dərk etməlidirlər ki, istər metro, istər avtobus olsun, maskadan istifadə edib, məsafə saxlamalıdırlar. Əgər insanlarımız öz məsuliyyətini dərk etmirsə, metronun bağlı qalmasının da bir nəticəsi olmayacaq”.

 

V.Hüseynli bildirib ki, virusa qarşı mübarizədə nəzarət ciddiləşməlidir:

 

“Bəzi polislər pandemiyada vətəndaşla çox diqqətil davrandılar, hətta yol keçən insanlara belə köməklik edirdilər. Amma bəzi polisllər də oldu ki, vətəndaşlarla çox kobud rəftar elədilər. Daxili İşələr Nazirliyi həmin şəxslər barədə tədbirlər gördü və polisləri işdən azad elədilər.

Yəni dövlət öz işini görür, apteklərdə maskalar var, hazırda vaksinasiya prosesi gedir. Amma bununla paralel olaraq ilk növbədə insanlarımız bir qədər diqqətli olmalıdırlar. Metro açıla bilər, lakin insanlarımız qaydalara diqqətlə əməl etməlidirlər”. /“Həftə İçi”/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...