İdmançımız “Bizon”un döyüş təklifini qəbul etdi

11:46 22-02-2021 | icon 349 | İdman
İdmançımız “Bizon”un döyüş təklifini qəbul etdi

Azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev Cəsur Döyüş Federasiyası (Brave Combat Federation) ilə müqavilə bağlayıb.

 

Versus.Az xəbər verir ki, o, bu qurumla beş döyüşlük anlaşmaya imza atıb.

 

 

Artıq idmançımızın ilk döyüşünün qazaxıstanlı Nurcan Akişevlə olacağını ehtimal etmək olar. Belə ki, qazaxıstanlı idmançı iki il əvvəl onlar arasında döyüşün baş tutmalı olduğunu, ancaq Aqşinin başqa şirkətlə müqavilə bağlamasına görə bu görüşün keçirilmədiyini bildirib. O, indi eyni liqada olduqlarını və Aqşinlə döyüşmək istədiyini bildirib.

 

 

İdmançımızın cavabı da özünü çox gözlətməyib. O, döyüşə hazır olduğunu, təşkilatdan bu görüş üçün cavab gözlədiyini bildirib. Aqşin onu da bildirib ki, iki il əvvəl ona Akişevlə döyüşmək təklif olunmayıb.

 

Qeyd edək ki, “Döyüşçü” ləqəbli Aqşin Babayev indiyədək keçirdiyi 21 görüşdə qələbə qazanıb, altısında uduzub. Onun ötən ilin sentyabrın 25-də Cənubi koreyalı Ci Bum Munla döyüşü isə rəqibin qadağan olunmuş yerə zərbə vurması səbəbindən baş tutmamış hesab olunub.

 

“Bizon” ləqəbli 27 yaşlı Nurcan Akişev isə indiyədək 11 döyüşdə qalib gəlib, üçündə uduzub. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı