"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

17:57 22-02-2021 | icon 364 | Siyasət
"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Hafiz Hacıyev: "Biri var yığdıqları ilə ölkəmizdə yeni iş yaratsınlar, biri də var xaricə daşısınlar"

 

Azərbaycanda rüşvətxor və korrupsioner məmurların həbsi ilə bağlı çağırışlara fərqli reaksiyalar verilir. Əksəriyyət vəzifə səlahiyyətindən sui-istifadə edərək ölkəni talan edən bu şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb edir. BAXCP sədri Qüdrət Həsənquliyev isə fərqli düşünür. O, mətbuata açıqlamasında təqib yolu ilə rüşvətin qarşısını almağın mümkünsüz olduğunu deyib.

 

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə açıqlamasında bildirib ki, korrupsiya və rüşvət məsələsində dövlətin ən sərt qanunları işə düşməlidir.

 

Partiya sədri vurğulayıb ki, Qüdrət bəy onu-bunu malalaya-malalaya gedir, bu məmurlar isə Azərbaycanı talan edirlər:

 

"Biri var onlar yığdıqları ilə Azərbaycanda yeni bir iş yaratsınlar, biri də var xaricə daşısınlar. Həmin məmurlar Azərbaycanın sərvətini xarici adalarda qoyublar. Ona görə də burada çox pis vəziyyət yaranıb. Düşünürəm ki, məsələ ciddi fazaya keçməlidir. Əgər keçməsə, belə də davam edəcək, son yaxşı olmayacaq. Görünür, Qüdrət bəy neçə illərdir Milli Məclisdə rüşvətin hesabına oturur, kimlərsə onu maliyyələşdirir”.

 

Hafiz Hacıyev Qüdrət Həsənquliyevin Azərbaycan xalqının güzəranından xəbəri olmadığını vurğulayıb:

 

“Toxun acdan xəbəri olmur. Ona görə də bu cür məmurlar ya asılmalı, ya dilləri dibindən qoparılmalı, ya da əlləri kəsilməlidir ki, rüşvət almasınlar. Məsələn, İranda asırlar. Əgər məmur korrupsiyaya və rüşvətə qurşanıbsa, dərhal vəzifədən kənarlaşdırılıb həbs edilməli və ən ağır cəzaya layiq görülməlidir. Deməli, gedib xalqın pulunu talayacaqlar, xarici dövlətlərdə milyardlarla sərmayə qoyacaqlar, sonra da bağışlanacaqlar?! Tədbirlər sərt şəkildə olmalıdır”. /Yenisabah.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı