Bu məmur küçələrə ərinin və qohumlarının adını verirmiş


Misirin Əl-Qalibuyə əyalətinin qubernatoru şəhərin bir neçə küçəsinə ərinin və qohumlarının adını verən məmuru işindən azad edib.
Bu barədə “Al-Watan” nəşri məlumatı yayıb.
Qeyd olunur ki, işindən uzaqlaşdırılan şəxs şəhərin ictimai xidmət şöbəsinin müdiri Kafr Şükrüdür.
Məsələ şəhər sakinlərinin çoxsaylı şikayətlərindən sonra ictimailəşib.
Hazırda faktla bağlı İnzibati Prokurorluq tərəfindən araşdırılma aparıldığı bildirilir.
Xəbər lenti

Nazir Türkiyədə mədəniyyət xadimləri ilə görüşüb
Mədəniyyət Naziri Anar Kərimov Türkiyədə yaşayan mədəniyyət xadimləri ilə...