Kanada Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

10:59 23-02-2021 | icon 256 | Dünya
Kanada Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

Kanada Federal Parlamenti Çinin uyğur türklərinə qarşı törətdiklərini “soyqırımı” olaraq qəbul edən qanunu təsdiqləyib.

 

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə müxalif Mühafizəkarlar partiyasının Vellinqtondan olan millət vəkili Maykl Çonq tərəfindən plenar iclasa təqdim edilən “Çində dini azlıqlar” adlı qanun layihəsi səsə qoyulub.

 

Səsvermədə müstəqil və müxalifət partiyalarından 184, hakim Liberal partiyasından isə 82 nəfər olmaqla 266 millət vəkili iştirak edib. Qanun layihəsi yekdilliklə qəbul olunub. Digər tərəfdən, Kanada Xarici İşlər naziri Mark Qarno parlamentdəki səsvermədən dərhal sonra qərarla əlaqədar yazılı açıqlama verib. O bildirib ki, Sincan (Sintszyan) Uyğur Muxtar rayonunda özbaşına həbslər, məcburi iş, işgəncə kimi insan haqları pozuntularına dair dəhşətli xəbərlər bizi narahat etməyə davam edir.

 

Kanadalı nazir qeyd edib ki, Kanada hökuməti soyqırım iddialarına çox ciddi yanaşır: “Bu iddiaların müstəqil beynəlxalq hüquq ekspertləri orqanı tərəfindən araşdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyin lazım olduğuna inanırıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı