"İki ölkə arasında viza rejiminin olması da narahatlıq yaradır"

16:18 23-02-2021 | icon 232 | Siyasət
"İki ölkə arasında viza rejiminin olması da narahatlıq yaradır"

Razi Nurullayev: "İstərdim ki, münasibətlərimiz daha üst səviyyəyə yüksəlsin"

 

"Azərbaycan ilə Türkmənistan Hökuməti arasında “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənilməsii haqqında Memorandumun imzalanması, həqiqətən tarixi hadisədir. 1989-cu ildə Azərbaycan geoloqları tərəfindən kəşf edilən, 60 milyon ton neft, 100 milyard kub metr qaz ehtiyatlarına malik "Dostluq" yatağının karbohidrogen resurslarının 30% Azərbaycan və 70% Türkmənistan nisbətində bölünməsi məndə bir az narahatlıq, həm də sual yaratmış oldu".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev bildirb.
 
 
Millət vəkili hökumətimizin maraqlarımızı maksimum himayə etməsi düşüncəsində olduğunu vurğulayıb:
 
 
"Amma, karbohidrogen resurslarının 30-70% bölgüsünə aydınlıq gətirməsini istərdim. Belə görünür ki, razılaşma başqa cür mümkün olmayıb. Türkmənistan da bizə dost, qardaş ölkədir və istərdim ki, münasibətlərimiz daha üst səviyyəyə yüksəlsin".
 
 
Razi Nurullayev əmindir ki, Azərbaycan tərəf üzərinə düşən bütün işləri və səyləri edir ki, belə də olsun:
 
 
"İnşallah, Türkmənistan da öz tərəfindən bu münasibətlərin daha üst səviyyəyə qalxması üçün səylər göstərəcək. İki ölkə arasında viza rejiminin olması da narahatlıq yaradır və ümid edirəm ki, sərbəst vizasız gediş-gəliş təmin ediləcək. Bu məsələ sırf Türkmənistan tərəfə bağlıdır və bizim ölkə bütün qardaş ölkələrlə sərbəst və vizasız gediş-gəlişi həll edib və etməkdə israrlıdır".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı